Hindistanda fabrikdə baş verən yanğında 43 nəfər ölüb

10:40 08-12-2019 542

Hindistanın paytaxtı Dehlidə kağız fabrikində güclü yanğın baş verib. Nəticədə azı 43 nəfərin öldüyü deyilir.

Hindistan KİV-lərində yayılan məlumata görə, yanğın yerli vaxtla səhər 5:22-də başlayıb. Yanğınsöndürənlər 69 nəfəri xilas edə biliblər. Bir neçə saat ərzində yanğın söndürülüb.

İlkin versiyaya görə, yanğının səbəbi elektrik xətlərində yaranan qısaqapanmadır. Ölü və yaralı sayının çoxalacağı gözlənilir. Hələlik axtarış işləri davam etdirilir.