Minskdə atəşfəşanlıq zamanı faciə: bir nəfər öldü, 3 nəfər yaralandı

08:18 04-07-2019 648

Minskdə Müstəqillik Gününə həsr olunmuş atəşfəşanlıq zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“RİA Novosti” xəbər verir ki, bu haqda Belorusun Müdafiə nazirliyindən bildiriblər.

Məlumata görə, atəşfəşanlıq zamanı fövqəladə hadisə baş verib: mərmilərdən biri qəfil partlayıb, qəlpələri ətrafdakılara zərər yetirib.

Nazirlikdən bildiriblər ki, atəşfəşanlıqda istifadə olunan mərmi tipləri əvvələr də işlədilib.  

Belorusun İstintaq Komitəsi hadisə ilə bağlı araşdırma aparır.