Ukraynada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı artmaqdadır

16:00 08-12-2019 435

Dekabrın 4-də Odessada kollecdə baş verən yanğının qurbanlarının sayı artmaqdadır.

Dağıntılar altından daha 2 nəfərin cəsədi çıxarılıb və bununla da həlak olanların sayı 10-a çatıb.

Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 8-də səhər saatlarında dağıntılar altından daha 2 nəfərin cəsədi çıxarılıb. Daha altı nəfərin taleyi haqqında hələlik məlumat yoxdur. Axtarışlar davam etdirilir. 

Ukrayna Prezidenti Vladimir Zelenski faciə ilə əlaqədar dekabrın 8-də ölkədə matəm elan edilməsinə dair sərəncam verib.