Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib

16:20 08-12-2019 463

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Odessa şəhər kollecində baş verən yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Azərbaycan XİN bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb:

“Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.