Qusarda 15 yaşlı qız dəm qazının qurbanı oldu

17:00 08-12-2019 612

Qusarda bədbəxt hadisə baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qusar şəhəri Sahil küçəsi ev 30 ünvanında baş verib. 2004-cü il təvəllüdlü, Niftəliyeva Yeva Vahid qızı fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənib.

Doğmaları 15 yaşlı qızı xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda vəfat edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Emin Xan