Dünyanın ən pis qoxularını iyləmək üçün növbə yarandı - FOTO

21:20 08-12-2019 717

Yaponiyada açılan “Qoxu sərgisi” ziyarətçilərə ən fərqli ətirlərlə tanış olmaq üçün fürsət yaradıb. 

Bir-birindən fərqli qoxuları yoxlamaq istəyən insanlar sərgini ziyarət etmək üçün növbəyə düzülüblər. 

Yokohamada açılan sərgidə həm ən gözəl, həm də ən pis qoxular nümayiş olunacaq. 

Bahalı ətirlərin istehsalında istifadə olunan fərqli bitkilər, fərqli çiçək nümunələri və qəhvə kimi gözəl qoxularla yanaşı dünyanın ən pis iyiləri də çox diqqət çəkib. 

Giriş üçün 800 yen (təxminən 14 AZN – red.) ödəyən ziyarətçilər iylənmiş balıq, çürümüş konserv, geyinilmiş paltar kimi bir çox qoxunu tək-tək yoxlayıblar. 

Hansısa iş müsahibəsi zamanı insan vücudunun ifraz etdiyi “stress qoxusu”, “yaşlı insan qoxusu” və dünyanın ən pis iy verən meyvəsi olan “Durian” da izləyicilərə təqdim edilib. 

Daha əvvəl Sapporo, Şizuoka, Tokyo ve Fukuoka şəhərlərində də açılan “Qoxu sərgisi” indiyə qədər 190 min adam tərəfindən ziyarət edilib.