Valeriyanın oğlu qəzaya düşdü: “Mercedes” buzlu yolda idarəetməni itirdi – VİDEO

06:00 09-12-2019 702

Rusiya müğənnisi Valeriyanın kiçik oğlu Arseni Şulgin Leninqrad vilayyətində qəzaya düşüb və xəstəxanaya yerləşdirilib.

Hadisə haqqında “Life”a müğənninin həyat yoldaşı, prodüser İosif Priqojin danışıb.

“Şükür Allaha, hamı sağ salamatdır. Onun dodağını tikiblər. Sükan arxasında qız rəfiqəsi olub. Əlavə şərh yoxdu”, - deyə Priqojin bildirib.

Arseni öz “Instagram” səhifəsində paylaşdığı videoda bildirib ki, qəza trasda buz örtüyü olduğuna görə baş verib.