Könül Xasıyeva evini satmasının əsas səbəbini açıqladı

12:40 09-12-2019 1036

Anam xəstə olduğu üçün bütün işlərimi təxirə salmışam.

Bunu HerGun.Az-a açıqlamasında Xalq artisti Könül Xasıyeva deyib.

Xalq artisti Şəkidə evi satışa qoymasının da anasının səhhəti ilə bağlı olduğunu bildirib:

“Düzdür, Şəkidəki evi satıram. Çünki o evdə xəstə anam qalır. Həmçinin, ora gedib-gəlməyimiz çətindir. Artıq anam da yaddaşını itirib. Anamızın yanımızda olması üçün onu Bakıya gətirmək istəyirik. Anamdan sonra Şəkidəki evdə yaşayış olmayacaq. Ona görə ev satılmasa, ora batıb gedəcək”.

Könül Xasıyeva özünün səhhətinin yaxşı olduğunu qeyd edib:

“Hər hansı problemim yoxdur. Özümü də yaxşı hiss edirəm. Hər kəsə təşəkkür edirəm. Bu yaxın vaxtlarda konsert verməyi düşünmürəm. Hazırda yalnız anamın səhhəti ilə məşğulam. Onun müalicələrinin düzgün şəkildə getməsi üçün əlimdən gələni edəcəm. Çünki beyin damarlarında quruma gedir. Heç kəsi, hətta məni belə tanımır. Atam dünyasını dəyişəndən sonra tamamilə yaddaşını itirdi”.

Sevinc Yasinqızı