“Goldman Sachs”: 2020-ci ildə neftin orta topdansatış qiyməti yüksələcək

13:20 09-12-2019 650

ABŞ-ın “Goldman Sachs” bankının ekspertləri 2020-ci ildə “Brent” markalı neftin bir barelinin orta spot qiymətini 63 dollar olacağını proqnozlaşdırır.

Bununla bağlı “Bloomberg” agentliyi Maliyyə İnstitutunun hesabatına istinadən xəbər yayıb.

Buradan nəticə çıxarırıq ki, “OPEC+” ölkələrinin ilk rüb üçün hasilatı azaltmağa dair saziş şərtlərini dəyişdirmək qərarını nəzərə alınmaqla, “Goldman Sachs”da  daha öncəki qiymətləndirmələrə düzəliş edilib.

Yanvarın 1-dən başlayaraq gündə 1,7 milyon barel neft bazardan çıxarılmalıdır. Dəyişikliklərin məqsədi qışda - tələbatın az olduğu şəraitdə, bazarda disbalansın qarşısını almaqdır.

Bundan əvvəl bank analitikləri “Brent” markalı neftin bir barelinin orta spot qiymətini 2020-ci ildə 60 dollar olacağını güman edirdilər. Uzunmüddətli proqnoz bir barel üçün dəyişməz olaraq qaldı - 55 dollar səviyyəsində. Yeni qiymətlərə əsasən, Texas neftinin (West Texas Intermediate) nağd qiyməti 2020-ci ildə bir barel üçün 58,5 dollar olacaq.

“Golden Sachs”da hesab edirlər ki, hasilatın azaldılmasına dair sazişin şərtlərini Rusiya, İraq və Nigeriya tam yerinə yetirməyə bilər.