Həbib Nurməhəmmədovdan döyüşçü əmisi oğlu barədə - PAYLAŞIM

14:00 09-12-2019 534

Yüngül çəki dərəcəsində UFC çempionu Həbib Nurməhəmmədov “Instagram” hesabında əmisi oğlu Ömər Nurməhəmmədov barədə fikirlərini paylaşıb.

Həbib Nurməhəmmədov ilin sonunda böyük xəbərlərin olacağını bildirib:

“İlin sonunda Ömər Nurməhəmmədovun gələcək karyerası barədə xəbərlər olacaq. Necə hesab edirsiniz, o, UFC-yə hazırdır?”

Qeyd edək ki, Ömər Nurməhəmmədov GFC-nin hazırkı çempionu statusunu daşıyır. Gənc döyüşçü keçirdiyi 20 qarşılaşmanın hər birində qələbə qazanıb.