Sürət həddini aşan azərbaycanlı Avstriya vətəndaşlığı ala bilmədi

14:40 09-12-2019 404

Avtriyada yaşayan azərbaycanlıya vətəndaşlıq verilməsindən imtina olunub.

HerGun.Az-ın xəbərinə görə, bu barədə ölkənin yerli mətbuatında yazılıb.

2008- ci ildən Tirol vilayətinin İsburk şəhərində təhsil alan və işləyən azərbaycanlı vətəndaşlıq üçün müraciət etdikdə imtina cavabı alıb.

Buna səbəb kimi onun bu illər ərzində Avstriyada maşın sürərkən çoxlu qayda pozuntusu etməsi, parklanma cəzaları və tez-tez sürət həddini aşması göstərilib.

Günel Murad