İran səfirliyinin binasında tüstülənmə - FOTO
18:00 09-12-2019 426
İranın Azərbaycandakı səfirliyinin binasında tüstülənmə olub.
HerGun.Az-ın əldə etdiyi məlumata görə, səfirliyin binasında təmir işləri aparılıb.
Axşam saatlarında isə binada yüngül tüstülənmə olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Hazırda baş verən tüstülənmənin qarşısının alınması istiqamətində işlər görülür.
İlkin məlumatlara görə, tüstülənməyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Könül Cəfərli