Gənc oğlanı döyüb çənəsini qırdılar

01:40 10-12-2019 579

Sabunçu rayonunda döyülmə faktı qeydə alınıb.  

HerGun.Az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.  

“Medical Plaza” xəstəxanasının yaxınlığında 1995-ci il təvəllüdlü Bayramov Elçin Akif oğlu naməlum şəxslərlə mübahisə zəmnində döyülüb.  

Yaralı xəstəxanaya yerləşdirilib. Ona çənənin sınığı diaqnozu qoyulub.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu