“Norman dördlüyü” liderləri Ukrayna Kontitusiyasına dəyişiklikləri dəstəklədi

04:20 10-12-2019 350

Parisdə keçirilən “Norman dördlüyü” sammitinin iştirakçıları “Ştaynmayer formulu” əsasında Ukrayna Konstitusiyasına dəyişiklikləri dəstəkləyir. 

TASS xəbər verir ki, bu barədə yekun kommünikedə bildirilir. 

Sənədə əsasən, Normandiya formatında danışıqların davam etdirilməsində Minsk razılaşmaları əsas baza olaraq qalacaq.

Kommünikedə həmçinin, münaqişə zonasında atəşkəsin əldə edilməsi, tərəflər arasında dialoqun bərpası, saxlanılan şəxslərin mübadiləsi də göstərilib. 

Razılıqlara görə, ilin axırına kimi hərbi əsirlər “hamının-hamıya” prinsipi əsasında dəyişdirilməlidir. 

Xatırladaq ki, Fransanın paytaxtı Paris şəhərində keçirilən “Norman Dördlüyü” sammitində Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Vladimir Zelenski iştirak ediblər.