Ayaqlarını işıq dirəyinə dolayan fəhlə axmaq vəziyyətdə qaldı - VİDEO

19:40 10-12-2019 547

Dostlarının təkidi ilə ayaqlarını işıq dirəyinə dolayan fəhlə çətin vəziyyətdə qalıb. Bu barədə “Daily Mail” xəbər verib.

Hadisənin Britaniyanın Darem qraflığında baş verdiyi vurğulanır. Video fəhlənin dostu tərəfindən paylaşılıb.

“Dostum bu vəziyyətdən özünün çıxa biləcəyini düşünürdü, amma yanılmışdı”, - deyə o, videoya şərh kimi yazıb.

Kadrlardan görünür ki, dostları əvvəlcə onun zarafat etdiyini düşünürlər. Lakin az keçmiş fəhlənin ümidsiz vəziyyətini görüb, ona yardım etmək qərarına gəlirlər.