“EuroHome”da mağazaları yanan sahibkarlar yolu bağladı - VİDEO

11:40 11-12-2019 447

“EuroHome” tikinti malları bazarında mağazaları yanan sahibkarlar yolu bağlayıb.

Qaynarinfo xəbər verir ki, Bakı-Sumqayıt yolunu bağlayan sahibkarlar onlara dəyən zərərin kompensasiya edilməsini istəyirlər.

Mağazası yananlardan biri ona 100 min manatdan yuxarı zərər dəydiyini və ticarət fəaliyyətinin tamam dayandığını bildirib.

Qeyd edək ki, ötən gün Binəqədi rayonu ərazisində yerləşən bazar alışıb. Çox sayda mağaza içərisində mallarla birgə yanıb.