Çavuşoğlu: Sanksiya olsa, İncirlik və Kürəcik bazaları gündəmə gələcək

14:40 11-12-2019 377

Əgər Vaşinqton Rusiya istehsalı “S-400” komplekslərinin alışına görə Ankaraya sanksiya tətbiq etsə, Türkiyə cavab tədbirləri görəcək.

“A Haber” xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz ən pis ssenarini qiymətləndirib qərar qəbul edəcəyik. Əgər ABŞ Türkiyəyə sanksiya tətbiq etsə, o zaman İncirlik və Kürəcik bazaları məsələsi gündəmə gələ bilər”, - Çavuşoğlu bildirib.

Çavuşoğlu bununla yanaşı bildirib ki, Türkiyə ABŞ-ın təyyarələrin çatdırılmasından imtina edəcəyi halda rus qırıcılarına F-35-lərin alternativi kimi baxır.

“ABŞ bizim bütün təkliflərimizə etirazla cavab verir. Anlamaq lazımdır ki, öz istəyində təkid etməklə nəticə əldə etmək mümkün deyil. ABŞ müsbət yanaşsa, biz də bu cür cavab verəcəyik. Əgər F-35 ala bilməsək, alternativ axtaracağıq. Bu Rusiya bazarı da, digər istənilən bazarlar da ola bilər”, - XİN rəhbəri qeyd edib.