Məşhur futbolçu Bakıda kubok qazanmış kluba baş məşqçi kimi döndü

12:36 04-07-2019 1353

İngiltərənin “Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Çelsi”nin saytı xəbər verir ki, London klubunun sabiq futbolçusu Frank Ləmpard bu klubun baş məşqçisi təyin olunub.

41 yaşlı mütəxəssislə üç illik müqavilə bağlanılıb. Müqavilə imzalanması prosesində “Çelsi”nin rusiyalı direktoru Marina Qranovskaya iştirak edib.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda digər London klubu olan “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının qalibi olub. Bununla belə, komandanın italiyalı baş məşqçisi Mauritsio Sarri klubdan ayrılaraq, “Yuventus”a çalışdırıcı təyin edilib.

Səbuhi MUSAYEV