Zabratda mübahisənin sonu qanla bitdi

00:40 12-12-2019 807

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Zabrat 1 qəsəbəsində qeydə alınıb.  

1988-ci il təvəllüdlü Cəfərov Emin Ənvər oğlu tanıdığı şəxslə mübahidə zamanı bıçaqlanıb.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu