Bakıda ağır qəza: Yeddi nəfər yaralandı - FOTO

01:40 12-12-2019 449

Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yeddi nəfər xəsarət alıb.  

HerGun.Az xəbər verir ki, qəza Yeni Ramana qəsəbəsində baş verib.  

Abbasov Cəfər Mobil oğlu idar etdiyi “Saipa” markalı avtomobillə Şuşa şəhərciyi yaşayış massivi istiqamətində hərəkətdə olarkən idaretməni itirib.  

Nəticədə nəqliyyat vasitəsi qarşıdan gələn və Qurbanov Elçin Vəli oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilə çırpılıb.  

Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri və avtomobildə olan sərnişinlər, 1982-ci il təvəllüdlü Mirzəyev Rza Ziyəddin oğlu, 1983-cü il təvəllüdlü Kazımova Xatirə Tofiq qızı, 1987-ci il təvəllüdlü Əliyev Hüseyn Qəhrəman oğlu, 1987-ci il təvəllüdlü Əliyeva Günel Ələsgər qızı və 1993-cü il təvəllüdlü Ələsgərov Səddam Sədi oğlu xəsarət alıblar.  

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. S.Ələsgərova və X.Kazımovaya qolun sınığı diaqnozu qoyulub. Digər yaralılara isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu