20 il əvvəl itən məşhur rəsm əsəri müzeyin divarından çıxdı – FOTO

04:20 12-12-2019 463

Avstriyalı rəssam Qustav Klimtin “Qadın portreti” əsəri Pyaçentsa şəhərindəki Riççi Oddi qalereyasının divarında fəhlələr tərəfindən aşkar olunub. 
 
“RİA Novosti” xəbər verir ki, 1997-ci ildə yoxa çıxan rəsm axtarışda olan ən tanınmış sənət əsərlərindən sayılır.
 
Rəsm qalereyanın çöl divarının arakəsməsində qara çantanın içində tapılıb. Fəhlələr onu divarları təmizləyərkən təsadüfən aşkar ediblər. 
 
Sənət əsəri orijinallığını təsdiq etmək üçün ekspertizaya göndərilib.