“PSJ” “Qalatasaray”ı belə darmadağın etdi – VİDEO

07:00 12-12-2019 672

Çempionlar Liqının qrup mərhələsinin sonuncu turunda “Qalatasaray” Fransada “PSJ”nin qonağı olub.

HerGun.Az xəbər verir ki, oyun Türkiyə təmsilçisinin böyük hesablı məğlubiyyəti ilə başa çatıb – 0:5.

Qaliblərin heyətində İkardi, Sarabiya, Neymar, Mbape və Kavani fərqləniblər. Qeyd edək ki, Neymar və Mbape hərəyə iki məhsuldar ötürmə də ediblər.

Beləliklə, məğlub olan “Qalatasaray” avrokuboklarda çıxışını dayandırıb, “PSJ” isə 13 xalla qrup liderliyini qoruyub.