Litvanın hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO
08:00 12-12-2019 748
Vilnyus aeroportunun işçiləri sərnişinlərdən müsadirə olunan əşyalardan Yeni il yolkası hazırlayıblar.
TSN xəbər verir ki, aeroport rəhbərliyi bu üsulla qadağan olunmuş əşyalar haqda sərnişinlərə bir daha xəbərdarlıq edib.
Qayçılar, bıçaqlar, alışqanlar, su tapancaları və digər əşyalar yaşıl rəngə boyalayıb bayram yolkasında öz yerini tapıblar.