Bodrumda faciə: 12 mühacir boğuldu - VİDEO

17:27 17-06-2019 783

Türkiyənin Bodrum kurort şəhərinin sahillərində qanunsuz mühacirləri daşıyan gəmi batıb.

Anadolu” xəbər agentliyinin məlumatına görə, hadisə nəticəsində 12 nəfər həlak olub.

Gəminin göyərtəsində 40-dan çox mühacirin olduğu güman edilir. Dənizçilər onlardan 31-i xilas edə bilib.

Axtarış-xilasetmə əməliyyatına sahil mühafizə xidmətinin katerləri, helikopter və dalğıc dəstəsi cəlb olunub.

Həlak olmuş miqrantların meyitləri qayıqlarda Turqutrəis rayonuna çatdırılıb.