“Yuventus”dan türk futbolçuya xüsusi jest: “Çox yaxşı idin”

13:20 12-12-2019 502

Türkiyəli futbolçu Merih Demiral UEFA Çempionlar liqasında “Yuventus”un heyətində “Bayer”ə qarşı göstərdiyi uğurlu çıxışla diqqətləri üzərinə çəkib.

“Milliyyət” xəbər verir ki, oyun ərzində bir çox kritik müdaxilələr edən Demirala qarşılaşmadan sonra İtaliya nəhəngi özünəməxsus jest edib.

Merih Demiralın matçdakı ən parlaq hərəkəti komandasının hücuma çıxarkən itirdiyi topu rəqib hücumçu qapıya göndərməyə hazırlaşarkən etdiyi kritik müdaxilə olub. Demiralı bu müdaxilədən sonra ilk təbrik edən təcrübəli qapıçı Buffon olub.

İtaliya klubu qarşılaşmadan 0-2 hesabı ilə qalib ayrılıb. Oyundan sonra “Yuventus” Merihə jest edərək türk dilində paylaşım edərək “Çox yaxşı idin” qeydini yazıb.