“Qarabağ” və “Düdelanj” komandalarının start heyəti məlum oldu

21:00 12-12-2019 631

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində “Qarabağ” - “Düdelanj” klubları arasında keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

Bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşdə “Qarabağ”ın heyətində Şahruddin Məhəmmədəliyev, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, İsmayıl İbrahimli, Qara Qarayev, Abdulla Zubir, Mahir Əmrəli və Dani Kontana yer alıblar.

“Düdelanj”ın ilk onbirliyində Conatan Juber, Tom Şnell, Mario Pokar, Daniel Sinani, Dominik Stols, Thibaut Lesquoy, Mikael Qaros, Antoine Bernye, Məhəmməd Buçuari, Sabir Bouqrine və Loren Mendinin adları var.

Matçı Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristo Tohver olacaq.