Bakıda yarıçılpaq bıçaqlı şəxslər insanlara hücum etdi - FOTO

00:20 13-12-2019 1075

Səbail rayonunda bıçaqlı 2 nəfər insanlara hücum edib.

Hadisə Nizami küçəsində baş verib. Belə ki, 2 nəfər yarıçılpaq vəziyyətdə əvvəlcə insanları təhdid edib. Onlar daha sonra əllərindəki bıçaqla ətrafdakılara hücum etməyə cəhd göstəriblər.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. 2 nəfər onları sakitləşdirməyə çalışan asayiş keşiçkilərinə də hücum etmək istəyib. Bu zaman xuliqanlar bıçaqla özlərinə xəsarət yetiriblər.

Polis əməkdaşları həmin şəxsləri saxlayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.

Kamil Əmirli