Bakıda 22 yaşlı xanım sürücü piyadanı vurub, vəziyyəti ağırdır

02:20 14-12-2019 366

Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Metronun “Nəriman Nərimanov” stansiyasının qarşısında 22 yaşlı xanım sürücü idarə etdiyi avtomobillə yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Əliyeva Gülsənəm İsa qızını vurub.

Xanım sürücü yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu