Trampın telefon danışıqlarını dinləməyə icazəsi olanların sayı məhdudlaşdırıldı

02:40 14-12-2019 462

Ağ Evdə ABŞ prezidenti Donald Trampın xarici liderlərlə telefon danışığını dinləməyə icazə verilən administrasiya əməkdaşlarının sayı məhdudlaşdırılıb.

Bu barədə CNN yazır.

Qeyd edilir ki, bu tədbirlər ABŞ liderinin Ukrayna prezidenti Vladimir Zelenski ilə iyulun 25-də baş tutmuş telefon söhbəti Trampın impiçmenti barədə araşdırmanın mərkəzi elementi olduğu üçün tətbiq olunub.

Nəşrin məlumatına əsasən, indi dövlət başçısının telefon danışıqlarına yalnız Trampın özünün şəxsən təyin etdiyi əməkdaşların girişi olacaq.