Esekyel Lavessi karyerasını başa vurdu

05:20 14-12-2019 790

Argentina millisinin sabiq hücumçusu, Çinin “Hebey Çayna Forçun” futbol klubunun forvardı Esekyel Lavessi ilin sonunda peşəkar karyera ilə vidalaşacaq.

Bu barədə forvard özünün “Instagram” səhifəsində yazıb.

“Bu, inanılmaz dövr idi. Məşq, nadir anlarla dolu illər daim qəlbimdə yaşayacaq. Mən həmişə bu səyahət ərzində yanımda olanlara minnətdar olacağam. Həyatımın gözəl bir mərhələsi ilə böyük kədərlə vidalaşıram. Mən çox xoşbəxt idim”, - deyə futbolçu yazıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Fueron años increíbles de esta historia. Años marcados por aprendizajes, momentos únicos e infinidad de recuerdos que serán eternos en mi corazón.⁣⁣ Por siempre agradecido a todos los que me acompañaron en este camino.⁣ Con mucha emoción, me despido de la etapa más linda que me dio la vida.⁣⁣ Fui muy feliz! Un abrazo⁣⁣ ⁣⁣ They were amazing years of this story.⁣⁣ Years marked by learning, unique moments and lots of memories that will stay in my heart for good.⁣⁣ I am forever grateful for those who have stayed by my side throughout this journey. ⁣⁣ With lots of joy, I say goodbye to the most amazing phase life has given me. ⁣⁣ I’ve been extremely happy!

Публикация от Ezequiel Lavezzi (@pocho22lavezzi)

Xatırladaq ki, Çinə köçməzdən əvvəl Lavessi Fransanın “Pari Sen-Jermen”, eləcə də İtaliyanın “Cenoa” və “Napoli” klublarında çıxış edib. Argentinalı parislilərlə birlikdə Fransa çempionatını dörd dəfə qazanıb. O, Argentina yığmasının heyətində keçirdiyi  51 oyun zamanı rəqib qapısından doqquz top keçirib  və 11 nəticə verən ötürmə edib.