Almaniyada azərbaycanlılar supermarketdən oğurluq etdilər

11:20 14-12-2019 581

Almaniyada azərbaycanlılar ayrı-ayrı vaxtlarda eyni supermarketdən oğurluq ediblər.

PNP.DE-nin xəbərinə görə, Stadtfeldstrasse ərazisində yerləşən supermarketdən 31 yaşlı azərbaycanlı beş avro məbləğində malların pulunu ödəmədən çıxıb.

Daha sonra həmin supermarketdən 42 yaşlı başqa bir azərbaycanlı da eyni məbləğdə mal oğurlayıb.

Onlar supermarketdən çıxanda yoxlama cihazı oğurlanmış malları aşkar edib.