Azərbaycanda toy karvanında qəza: Avtomobil qaz tənzimləyici şkafa çırpıldı

14:20 14-12-2019 368

Ağcabədi rayonunun Muğanlı kəndində toy karvanında olan avtomobillərdən biri yoldan çıxaraq qaz tənzimləyici şkafa çırpılıb. 

“Azəriqaz” İB-dən verilən məlumata görə, nəticədə avadanlıq sıradan çıxıb. 

Saat 12:40-dan təqribən 340 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırlıb.