Yeniyetmə oğlanlar tələbə qızı öldürdü

18:20 14-12-2019 330

ABŞ-da yeniyetmələr tələbə qızı öldürüb.

CBS-nin xəbərinə görə, üç yeniyetmə 18 yaşlı birinci kurs tələbəsi Tessi Meycorsu qarət etmək istəyib.

Onların bir neçə dəfə bıçaq zərbəsi vurduqları gənc qız ölüb.

Növbəti gün polis şübhəlilərdən birini yaxalayıb.

13 yaşlı yeniyetmə polisə verdiyi ifadədə dostları ilə bərabər əvvəl parkda bir kişini qarət etmək istədiklərini, daha sonra isə dostlarının fikirlərindən daşınıb tələbə qızı boğaraq bıçaqladıqlarını deyib.

Hadisədə şübhəli bilinən ikinci şəxsi tutan polis, üçüncü şəxsi axtarır.