Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi ərazidə

19:20 14-12-2019 393

Bakının Nəsimi rayonunda baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar nazirinin müavini 3-cü mikorayon bazarı adlanan əraziyə gəlib. 

HerGun.Az xəbər verir ki, nazir müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir. 

Hadisə yerində olan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib ki, sözügedən yanğının söndürülməsi üçün əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub. 

O bildirib ki, yanğın bazarın bir hissəsində qeydə alınıb. 

Qeyd edək ki, yanğınla əlaqədar hadisə yerinə beş təcili tibbi yardım maşını cəlb olunub. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir. 

Hazırda yanğın baş verən ərazidə tüstülənmənin qarşısı alınır.