Azərbaycanlı tələbə Türkiyədə faciəvi şəkildə öldü

00:40 15-12-2019 597

Azərbaycanlı tələbə Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb. 

“Report”un məlumatına görə, Azərbaycan vətəndaşı, 1998-ci il təvəllüdlü İsmayıl Əmrahov binadan yıxılaraq ağır xəsarət alıb. İ.Əmrahov xəstəxanada koma vəziyyətində qalsa da, bu gün dünyasını dəyişib. 

Məlumata görə, mərhum Türkiyənin Çanaqqala şəhərində ali tibb təhsili alırmış.