Bakıda qəza tıxaca səbəb oldu

02:00 15-12-2019 407

Bakıda yol qəzası baş verib. 

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. 

Atatürk prospekti 90 ünvanında “Niva” markalı, “08-BJ-838" dövlət seriya nişanlı avtomobil arxadan “Mercedes” markalı, “99-NL-651" dövlət seriya nişanlı avtomobilə çırpılıb.  

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. 

Qəza ilə əlaqədar prospektdə tıxac yaranıb.