Hindistanda vətəndaşlıq haqqında qanun kütləvi etirazlara səbəb oldu: Ölənlər var - VİDEO

02:40 15-12-2019 490

Hindistanda vətəndaşlıq haqqında qanun kütləvi etirazlara gətirib çıxarıb.  

BBC-nin məlumatına əsasən, Qərbi Benqaliya ştatının Kəlküt şəhərində kütləvi aksiyalar zamanı iki nəfər həlak olub, daha 25 fəal və 50 polis yaralanıb.

Qeyd edilir ki, daha 85 nümayişçi həbs olunub, minlərlə adam saxlanılıb.

İnsanlar vətəndaşlığı Hindistana Əfqanıstan, Pakistan və Banqladeşdən 2015-ci ilə qədər qaçmış yalnız müsəlman olmayan qaçqınların ala biləcəyini göstərən qanunla razı deyillər.