ABŞ İranın əsas nüvə obyektinə qarşı sanksiyalar tətbiq edir

03:20 15-12-2019 99

ABŞ dekabrın 15-dən İranın "Fordo" obyekti barədə sanksiyalar tətbiq edir.

RİA “Novosti” bildirir ki, "Fordo"ya qarşı Amerika sanksiyalarının yenidən qüvvəyə minməsinə səbəb İranın uranın zənginləşdirilməsini bərpa etməsi  olub. 

Xatırladaq ki, dağın yanında  yerin altında yerləşən, uzun müddət uranın zənginləşdirilməsi ilə məşğul olan zavodun fəaliyyəti Qərbin narahatlığına səbəb olurdu.

Narahatlığı Birgə Ümumi Fəaliyyət Planı üzrə razılaşmalar vasitəsi ilə aradan qaldırmaq üçün mümkün olmuşdu. Belə ki, nüvə sazişi çərçivəsində Amerika “Fordo”ya qarşı sanksiyaları ləğv etmiş, qarşılığında isə İran mərkəzin profilini dəyişməyə razılıq vermişdi.