Çeferindən Bakı finalı ilə bağlı Britaniya KİV-ə cavab: Finalçılar bilinəndən sonra yer seçmirik

15:18 04-07-2019 839

2028/2019 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının finallarındakı komandaların İngiltərə klubu olması tamamilə təsadüfdür. Bunun gələn mövsüm də belə olacağını düşünmürəm. Azarkeşlər iki gözəl finala şahidlik etdi.

HerGun.Az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin deyib. 

Sloveniyalı funksioner müsahibəsində Bakı Olimpiya Stadionunda mayın 29-da keçirilmiş Avropa Liqasının finalı ərəfəsində UEFA-nı bu seçimə görə günahlandıran Britaniya mətbuatına da cavab verib:

“Azərbaycanda yaşayanlar da futbolu sevir. Üstəlik, onlar hər gün superulduz görmək imkanına malik deyillər. Biz Avropa futbolunun idarəetmə orqanıyıq, futbolu təkcə böyük ölkələrdə deyil, hər yerdə inkişaf etdirməliyik. Bununla bağlı başqa bir məqam da var. Gördüyümüz işlər barədə kiçik fikrə sahib olanlar, yəqin bilirlər ki, final oyunlarının məkanını bir il və ya il yarım öncədən müəyyənləşdiririk.

Finalçıların bəlli olduğunu görmək üçün son iki həftəni gözləyib, sonra yer seçmirik. Məsələn, iki ingilis komandasının finala adlaması kimi. Rusiyanın “Zenit” klubu da, Ukrayna təmsilçisi “Şaxtyor” da Avropa Liqasında final oynayıb. Həmçinin Türkiyə klubu finalda ola bilərdi”.

Qeyd edək ki, mayın 29-da “Çelsi” Bakıda “Arsenal”a 4:1 hesabı ilə qalib gələrək UEFA Avropa Liqasının qalibi olub.