Aqrar sığorta predmetinin tərkibi müəyyənləşdi

22:40 18-12-2019 505

“Aqrar sığorta predmetinin Tərkibi” Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

HerGun.Az xəbər verir ki, bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qərara əsasən, aqrar sığortanın predmetinə aşağıdakılar daxildir:

kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə:

buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq;

kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə:

1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar;

akvakultura məhsulu üzrə:

balıqlar.

Hər il üçün sığorta məhsulları bu siyahınıda göstərilən predmetlərdən müəyyən edilərək, həmin il yanvarın 15-dək Aqrar Sığorta Fondu tərəfindən rəsmi elan edilir.