Qazaxda avtomobil gənc piyadanı vurub öldürdü

18:18 17-06-2019 495

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayon mərkəzi ərazisində qeydə alınıb.

Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Türxan Eldarov yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil onu vurub və gənc aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Nazir Quliyev