Xalq artisti Röyanın “Nazlı”sı - VİDEO

10:00 20-12-2019 470

Xalq artisti Röya Ayxan “Nazlı” adlı yeni mahnısını təqdim edib. 

HerGun.Az xəbər verir ki, həzin bəstənin sözləri Dilarə Şahidə, musiqisi Əməkdar incəsənət xadimi Nailə Mirməmmədliyə, aranjimanı isə Hakan Erola məxsusdur.

Röya sözügedən mahnını mart ayında Bakı Konqres Mərkəzində baş tutacaq konserti üçün hazırlayıb. Belə ki, o, “Nazlı”nı musiqili gecədə iştirak edəcək xanımlara həsr edib.

Qeyd edək ki, sənətçi “Congress Center Hall”da mart ayının 7, 8 və 9-u canlı solo konsert proqramı ilə çıxış edəcək.

Rəşad Əliyev