ABŞ-da viski yanır və “su kimi” axır - VİDEO

03:09 05-07-2019 690

ABŞ-ın Kentukki ştatında bir gündən artıqdı ki viski ambarı yanır.

“Courier Journal” xəbər verir ki, “Jim Beam” markalı viskinin 2 ambarında birdən yanğın başlayıb.

Burada 45 min çəllək burbon (viskinin qarğıdalıdan hazırlanan növü) saxlanılırdı. Ambarların ildırımdan alışdığı ehtimal olunur.

7 milyon litr viski yanaraq yerli su hövzələrinə axır. Yanğın söndürənlər işlərini müvqqəti dayandırblar: qərara alınıb ki, etanol yanıb qurtarsa ekoloqiyaya daha az ziyan vurar. Lakin, viskinin çaylara axması balıqlar üçün böyük təhlükə yarada bilər.