Ağ Evin qarşısında çaxnaşma – Solçular ABŞ bayrağını yandırdılar - VİDEO

06:00 05-07-2019 693

ABŞ-da Müstəqillik Günündə Ağ Evin yanında üç nəfər ölkə bayrağını yandırıb.

Washington Examiner” xəbər verir ki, hadisə ABŞ lideri Donald Trampın Ağ Evdən çıxıb bayrama qatılmasından bir saat əvvəl baş verib.

Bayrağı solçu fəallar yandırıblar. Onlar həmin vaxt dövlət əleyhinə şüarlar da səsləndiriblər. Hadisə sağçılarla solçular arasında toqquşmaya səbəb olub.

Bayrağı yandıran Qreqori Conson və iki silahdaşı Məxfi Xidmətin əməkdaşları tərəfindən həbs edilib.