Bekhemlər ailəsində xoş gün - FOTO

21:40 22-12-2019 687

Dünya şöhrətli cütlük Devid və Viktoriya Bekhem kiçik uşaqlarını vəftiz etdiriblər.  

HerGun.Az xəbər verir ki, ailə müqəddəs mərasimi əvvəlcədən planlaşdırıldığı kimi, Milad bayramına qədər keçirmək qərarına gəlib.  

Şənbə gecəsi Viktoria Bekhem 14 yaşlı Kruz və 8 yaşlı Harper adlı övladlarını Baptist kilsəsinin yeni davamçıları olduğunu elan edib. Dünyaca məşhur dizayner sosial media hesabında vəftiz mərasiminin ilk fotolarını yayımlayıb.  

Şəkillərin birində incə süd rəngli geyimdə olan Harper və rəsmi kostyum geyinmiş Kruz kilsə xorunun oğlanları ilə əhatə olunmuş “altar”ın önündə “qurbangah”da təsvir olunublar.  

Digər fotoda isə uşaqlar ailəsi və kirvələri ilə birlikdə möhtəşəm tablo yaradıblar. Uşaqların kirvələri isə Eva Longoriya, Cennifer Lopezin keçmiş əri Mark Entoni, habelə idman agenti David Qardner və stilist Ken Paves olub.  

Qeyd edək ki, 1999-cu ildə evlənən keçmiş futbolçu, hazırda iş adamı Devid Bekhem və dünyaca məşhur dizayner Viktoriya Bekhem cütlüyünün Bruklin, Romeo, Kruz adlı üç oğlu və Harper adlı bir qızı var.  

Rəşad Əliyev