Son onilliyin ən yaxşı filmlərinin reytinqi hazırlandı

05:00 23-12-2019 865

ABŞ-ın “Rolling Stone” jurnalı son onilliyin ən yaxşı 50 filminin siyahısını tərtib edib.

Reytinqin birinci pilləsində  müstəqil gey-dram “Ay işığı” (2016-cı il) filmi qərarlaşıb. İkinci yerdə Finçerin “Sosial şəbəkə” (2010-cu il) filminin adı çəkilir. Ekran əsəri “Facebook”un təsisçisi Mark Zukerberq haqqındadır. Üçlüyü isə fransız rejissor Leos Karaksın ““Müqəddəs Motorlar” Korporasiyası” filmi qapayır.

Ən yaxşıların onluğuna müvafiq olaraq “Yeniyetməlik” dramı (2014-cü il), “Rədd ol” (2017-ci il) qorxulu filmi, Almaniya və Avstriyanın birgə istehsalı olan “Toni Erdmann” (2016-cı il) tragikomediyası, Xoakin Feniksin çəkildiyi “Usta” (2012-ci il), Kuaronun “Roma” (2018-ci il) filmi, “Dəli Maks: Qəzəb yolu” (2015-ci il) postapokalipsisi daxil edilib. İlk onluğu Keyt Blanşett və Runi Maroyun çəkildiyi “Kerol” (2015-ci il) retro-melodramı qapayır.