Bakının ayrı-ayrı yerlərində iki nəfər bıçaqlandı, vəziyyətləri ağırdır

03:40 24-12-2019 651

Paytaxtın müxtəlif yerlərində iki bıçaqlanma hadisəsi qeydə alınıb.

HerGun.Az xəbər verir ki, hər iki halda zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

İlk hadisə metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında qeydə alınıb. 1986-cı il təvəllüdlü Quliyev Rüstəm Cəbrayıl oğlu tanımadığı şəxslə mübahisə zəminində bıçaqlanıb.

Xəstəxanaya çatdırılan kişinin vəziyyəti ağırdır. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

İkinci hadisə Binəqədidə baş verib.

1989-ci il təvəllüdlü Sərxan Küclü Fəhmin oğlu “Qız qalası” marketin yaxınlığında  naməlum şəxs tərəfindən bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktlarla bağlı Nərimanov və Binəqədi Rayon Polis İdarələrində araşdırma aparılır.

Kamil Əmirli