Qay Riçinin narkotacirlər haqqında yeni filminin treyleri nümayiş edildi – VİDEO

08:40 24-12-2019 827

İnternetdə məşhur britaniyalı rejissor Qay Riçinin “Centlmenlər” filminin yeni treyleri yerləşdirilib.

Filmdə baş rollarda Mettyu Makkonaxi, Kolin Farrell, Henri Qoldinq, Hyu Qrant kimi tanınmış aktyorlar çəkiliblər.

“Centlmenlər”in süjetinə əsasən, Londonda marixuana alveri ilə məşğul olan amerikalı “biznesini” satmaq qərarına gəlir.

Film 2020-ci il yanvarın 24-də ABŞ-da ekranlara çıxacaq.