Kişilərlə qadınların maaş fərqi hesablandı

19:09 17-06-2019 764

Dünyada eyni işə görə kişilər orta hesabla qadınlardan 27 faiz daha çox əməkhaqqı alır.

Bu barədə “Rossiyskaya qazeta” Beynəlxalq Əmək Təşkilatının siyasi məsələlər üzrə baş direktorunun müavini Debora Qrinfildə istinadən məlumat yayıb.

Cinsə görə ən yüksək əməkhaqqı bərabərsizliyi Pakistandadır. Bu şərq ölkəsində kişilər qadınlardan 35% faiz daha yüksək maaş alır. D.Qrinfild bildirib ki, qadınlara ağır sənaye və təhlükəli sahələrdə çalışmasına qadağanın qoyulması yolverilməzdir.

“Biz hesab edirik ki, sağlamlıqlarına zərərli olması bəhanəsi ilə qadınların gecə vaxtı işləmələrinə icazə verilməməsi diskriminasiya hallarını daha da dərinləşdirən stereotipdir”, - D.Qrinfild bildirib.

Onun sözlərinə görə, qadınların məşğulluq baxımından üstünlük təşkil etdiyi sahələrdə aldıqları əməkhaqqı kişilərin çoxluq təşkil etdiyi sahələrdə aldıqları əməkhaqqından aşağıdır.