İsa Məsihin homoseksual kimi təqdim edildiyi filmin yaradıcılarına “Molotov kokteyli” atdılar

20:00 27-12-2019 470

İsa Məsihin homoseksual kimi təqdim olunduğu filimin yaradcısı “Porta dos Fundos” şirkətinə “Molotov kokteyli” ilə hücum olub.

Hadisə ilə bağlı Rio de Janeyro polisi araşdırmalara başlayıb.

Bu barədə BBC xəbər verib.

Portuqaliya dilində təqdim olunan 46 dəqiqəlik “İsanın ilk tamahı” (“The First Temptation of Christ”) filmi “Netflix Brazil” platformasında dekabrın əvvəllərində təqdim olunub.

Kadrlarda İsa Məsihin öz ailəsini yeni oğlan dostu Orlando ilə tanış etməsi əks olunub.

Film əhalisinin əksəriyyətinin katoliklər olduğu Braziliyada dini qrupların və liderlərin kəskin tənqidinə səbəb olub. 2,3 milyondan çox insan lentin platformadan çıxarılmasını tələb edən petisiya imzalayıb. Braziliya prezidentinin oğlu Eduardo Bolsonaru da ictimai tənqidlərə qoşulub.

Hücumdan sonra “Böyük Braziliya İnteqrasiya Ailəsinin Xalq Millətçi Üsyan Qərargahı” adlandıran bir qrup hücumun məsuliyyətini öz üzərinə götürərək, bu barədə sosial şəbəkədə video yayımlayıb. 

Təşkilat Netflixi də tənqid edir və "Məsihin ilk tamahı" filmini küfr adlandırır.